Avstraliyalı dalğıcların tilova düşən kor köpəkbalığını xilas etməsinin görüntüsü sosial şəbəkələrdə böyük marağa səbəb olub.
ÇıxışYolu.Com bu barədə “Illawarra Mercury”yə istinadən məlumat verir.
Balıq Vullonqonq şəhərində buxtanı təmizləyən fridayverlər Mayl Nort və Sandra Dorinq tərəfindən dayaz suda aşkar olunaraq xilas edilib. Kor balıq suyun dibindəki bitən laminariyalara dolaşan tilov ipinə düşüb.
Köpəkbalığının xilas edilməsi xeyli vaxt aparıb və kifayət qədər çətin keçib, hətta görmə qüsurlu yırtıcı balıq onu xilas edən şəxsi bir neçə dəfə dişləyib də.
Sonda dalğıclar onu azad etməyə nail olub. Videonun müəllifi köpəkbalığının gücünün artıq tükəndiyini bildirir.
“Biz onu xilas etmədiyimiz təqdirdə o məhv olardı”deyə Sandra Dorinq bildirib.
Dalğıclar belə halların baş verməməsi üçün buxtanı hər gün təmizləməyi qərara alıblar.