Koreya liderləri sərhəddə görüşüb

Koreya liderləri sərhəddə görüşüb

Baxış sayı: 2. 928 dəfə baxılıb.

KXDR lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İnlə ölkələri ayıran demilitarizasiya zonasında görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Reuters” Cənubi Koreyanın prezident administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, görüşün məqsədi ABŞ-Şimali Koreya sammitini müzakirə etmək olub.

Sərhəddə baş tutan görüş Koreya liderləri arasında aprel ayından bəri sayca ikinci görüşdür.

ABŞ prezidenti Donald Tramp iyunun 12-də Sinqapur sammitini təxirə saldığını bildirsə də, sonradan verdiyi bəyanatda Kim Çen Inla görüşünün plana uyğun baş tuta biləcəyini istisna etməyib.

.
www.ÇıxışYolu.Com