ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In 12 iyunda aparılacaq danışıqların yekununda Koreya yarımadasında müharibənin başa çatdığını elan edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkey” qəzeti ABŞ administrasiyasından olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Məlumata əsasən, KXDR-in nüvə silahlarından təmizlənməsi və Koreya yarımadasında müharibənin sona çatdığının elan edilməsi ilə bağlı konkret razılaşmaların əldə oluna bilər.
Tramp administrasiyası bunların birgə bəyanata daxil edilməsinin mümkünlüyünü nəzərdən keçirir.