Xəbər verdiyimiz kimi, deputat Tahir Kərimli bildirib ki, Cənubi Koreya ateist dövlət olsa da, orada mini ətək və açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilir.
Koreyanın Azərbaycandakı səfirliyi bu fikrə münasibət bildirib.
Bildirilib ki, Koreya Respublikasında belə geyim üslubunu qadağan edən bir qayda, qanun və yaxud nizamnamə yoxdur.