“Koroğlu” metrostansiyasının giriş-çıxışlarından biri bağlanır

“Koroğlu” metrostansiyasının giriş-çıxışlarından biri bağlanır

Baxış sayı: 2. 144 dəfə baxılıb.

Aparılacaq təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq. 

Bu haqda ÇıxışYolu.Com-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

Bakı metrosu yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

.
www.ÇıxışYolu.Com