7a7b9f56-e94c-462d-90c6-3f12a925ca57..jpg

Koronavirus keçirənlər üçün vacib məsləhət – Akademikdən açıqlama

Baxış sayı: 2. 467 dəfə baxılıb.

Koronavirus keçirənlər üçün vacib məsləhət – Akademikdən açıqlama

Koronavirus keçirənlər tənəffüs əzələlərini bərpa etmək üçün hər saat 15
dəqiqə ucadan oxumalıdırlar.

Bunu Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya açıqlayıb.

“Bir çox dostlarıma və tanışlarıma xəstələndikləri zaman hər hansı mətni 15
dəqiqə, bir saatdan bir 15 dəqiqə ərzində ucadan oxumağı tövsiyə edirəm”, –
deyə o bildirib.

Onun sözlərinə görə, koronavirusu keçirənlərin tənəffüs əzələlərinin, xüsusən
də qabırğaarası əzələlərin yaxşı işləməsinə nail olması vacibdir. Bu kontekstdə
ucadan oxuma üsulu ən təsirlisidir.

“Hətta sizin üçün darıxdırıcı olmasın deyə soyuducunun üzərindəki qeydi də
oxuya bilərsiniz”, – deyə mütəxəssis məsləhət görüb.

Mənbə: RBC

Source link