Koronavirusdan daha təhlükəli pandemiyanın ilk işartısı: Vyetnamda insandan
insana keçdi
Vyetnamda meymunçiçəyi virusunun insandan insana keçməsi ilə bağlı ilk hadisə
qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə departamentindən xəbər verilib.
Məlumata görə, Binzıonq vilayətinin 22 yaşlı sakini birlikdə yaşadığı
sevgilisindən meymunçiçəyi virusuna yoluxub.
O, ölkədə bu diaqnozla üçüncü xəstədir. Qadın hazırda xəstəxanada
karantindədir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros
Adhanom Qebreyesus Cenevrədə illik assambleyada çıxışında meymunçiçəyi ilə
bağlı məlumat verərək, bu xəstəliyin dünyada yeni pandemiya təhlükəsi yaratdığı
barədəxəbərdarlıq edib
COVID-19-dan daha təhlükəli ola biləcəyini vurğulayıb.