Koronavirusla bağlı araşdırma: “Hər üç nəfərdən biri...”

Koronavirusla bağlı araşdırma: “Hər üç nəfərdən biri…”

Baxış sayı: 2. 025 dəfə baxılıb.

 

ABŞ və Böyük Britaniya alimlərinin apardıqları arışdırma zamanı məlum olub ki, koronavirusa yoluxan hər üç nəfərdən biri psoxoloji və ya nevroloji narahatlıq yaşayır.

“Lancet Psychiatry” xəbər verir ki, bu məqsədlə 236 min nəfər üzərində araşdırma aparılıb.

Koronavirusa yoluxanların 34 faizində xəstəlikdən sonrakı altı ay müddətində nevroloji və ya psixoloji narahatçılıq müəyyən edilib.

Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərdə isə təsirlər daha çox olub.

COVID-19-a yoluxan hər 50 nəfərdən birində beyin qan damarlarında daralma və ya tıxanıqlıq nəticəsində qan axıntısında azalma müşahidə edilib.