Koronavirusun ağır formasının öncədən müəyyənləşdirilməsi üsulu tapılıb

Koronavirusun ağır formasının öncədən müəyyənləşdirilməsi üsulu tapılıb

Baxış sayı: 2. 405 dəfə baxılıb.

İsveçrə, Almaniya və Fransa alimlərinin birgə araşdırması nəticəsində koronavirusun ağır formalarının xəstəliyin əvvəlində ikən müəyyənləşdirilməsi üsulu aşkar olunub.

Bu barədə “RİA Novosti” Sürix Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Universitetin Eksperimental İmmunologiya İnstitutu alimləri almaniyalı və fransalı həmkarları ilə birlikdə T-qatil hüceyrələri üzərində sınaqlar aparıb.

Nəticədə məlum olub ki, COVID xəstəsinin qanında bu hüceyrələrin səviyyəsi onun xəstəliyi nə qədər ağır keçirəcəyini öncədən müəyyənləşdirməyə imkan verir. Belə ki, məhz bu hüceyrələr orqanizmin virusa qarşı erkən immun cavabı prosesində fəal iştirak edir.