985ce6ba-d98f-481e-9db6-7b35eb5178bf..jpg

Koronavirusun yeni ştammı aşkarlandı

Baxış sayı: 31. 698 dəfə baxılıb.

Koronavirusun yeni ştammı aşkarlandı

Fransanın Marsel şəhərində koronavirusun yeni ştammı aşkarlanıb.

Bu barədə Marsel İnfeksion Xəstəliklər İnstitutunun (IHU) alimləri
bildiriblər. Onların bununla bağlı araşdırması “MedRxiv” portalında dərc olunub.

Araşdırmaya görə, B.1.640.2 kimi qeydiyyata alınan koronavirusun yeni variantı
Kamerundan qayıdan bir şəxsdə müəyyən edilib. Hazırda 12 nəfər bu ştamma
yoluxub.

Alimlər virus genomunun təhlili zamanı 46 mutasiya aşkar ediblər.

Yeni variant “IHU” (Universitetin adına uyğun olaraq) adlandırılıb.

Mənbə: RİA Novosti

Source link