33f22d9f-38e6-4651-8fdb-5ff0af42b068..jpg

Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir – Mütəxəssisdən açıqlama

Baxış sayı: 557 dəfə baxılıb.

Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir – Mütəxəssisdən açıqlama

“Omikron”un yeni subvariantı olan “pirola” koronavirus ştammına görə risk
qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar
daxildir.

Bu barədə rusiyalı immunoloq və epidemioloq Mixail Kostinov deyib.

“Hansı təbiətdə olmasından – sinir sistemi, ürək-damar sistemi, böyrək
xəstəlikləri, qaraciyər xəstəlikləri, metabolik xəstəliklər, şəkərli diabet və
s. asılı olmayaraq bunlar risk qrupudur”, – deyə mütəxəssis vurğulayıb.

İmmunoloq 60 yaşdan yuxarı insanların risk qrupuna daxil olduğunu bildirib.

“Vaksinasiya üçün prioritet qrup onlardır və ilk növbədə onlara peyvənd
edilməlidir”, – deyə həkim izah edib.

O, vaksinasiyada yaşlılardan sonra tibb işçilərinin prioritetdə olduğunu
bildirib:

“Çünki onlar pasiyentlərlə işləyirlər”, – deyə Kostinov vurğulayıb.

Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni ştammı “Pirola” getdikcə
daha çox ölkədə aşkarlanır. Yeni ştammınAzərbaycanda da yayılacağı
ilə bağlı fikirlər irəli sürülür.

Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun
axıntısı, əzələ ağrılarıdır.

Mənbə: Lenta.ru

Source link