Körpə Solmazın dəstəyə ehtiyacı var: Müalicə üçün 600 manat lazımdır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Körpə Solmazın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Gülasər Mustafayeva məlumat verib.
O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir:
“Solmaz 2022-ci ilin avqust ayında dünyaya gəlib. Dünyaya gəldikdən iki ay
sonra isə onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Hazırda ona ilik
köçürülməsi üçün donor axtarışına başlamışıq”.
Gülasər Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu
deyib:
“Solmazın müalicəsi üçün biz iyun ayında sizin saytın izləyicilərinin köməyi
ilə Türkiyəyə yollandıq. Orada müxtəlif analizlər verdik, müalicələrimizi
aldıq. Hazırda müalicələri davam etdirə bilmək üçün yenidən dəstəyə ehtiyacımız
var. Bu xəstəliyin müalicəsi də, əməliyyatı da çox bahadır. Solmazın bir aylıq
müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma
yenidən dəstək olmalarını xahiş edirəm. Sizə yalvarıram, övladımı ölümə tərk
etməyin”.
Kapital Bank: 4169 7388 0079 7486.
Ailə ilə əlaqə: (070) 511-86-30.