b0027221-9e45-4e4e-8927-9b7e1b01af5a..jpg

Korrupsiyaya uğrayan Avropa Komissiyası: Ursula fon der Lyayenin şübhəli maxinasiyaları – ŞƏRH + FOTO

Baxış sayı: 486 dəfə baxılıb.

Korrupsiyaya uğrayan Avropa Komissiyası: Ursula fon der Lyayenin şübhəli
maxinasiyaları – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adı korrupsiya və digər qalmaqallarda hallanan Avropa Komissiyasının (AK)
rəhbəri Ursula fon der Lyayen Brüssel görüşündən dərhal sonra sərt ittihamlarla
üzləşib. Necə deyərlər, “Brüssel uğuru”nu qeyd etməyə macal tapmamış ünvanına
sərt korrupsiya ittihamları səslənib. İttiham isə kifayət qədər ciddidir.
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Avropa
Komissiyasının sədrini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham edib.
F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları
sadalayıb.

Məlumat üçün bildirək ki, az əvvəl “Liberation” nəşri də sensasiyalı sayıla
biləcək ittihamlarla çıxış edib və yazıb ki, fon der Lyayen partiyadaşı Markus
Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna
təyin edib. Qəzetin yazdığına görə, AK sədri bu postu öz korrupsiya əməllərini
reallaşdırmaq üçün təsis edib. Yaxın adamını bu posta təyin etməklə yanaşı, ona
aya 20 min avro maaş təyin edilməsinə də nail olub. Qeyd olunur ki, bu, ilk
belə hal deyil. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz yaxın
dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin
edilməsinə çalışıb.

Görünən odur ki, Avropa Komissiyası mahiyyət etibarilə korrupsiyaya uğramış
bir sistemdir. Çünki böyük məbləğdə vəsait alır, genişmiqyaslı səlahiyyətlərə
malikdir. Ona görə də fransalı partiya sədri ədalətin bərqərar olmasına,
ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına çağırış edib. Partiya liderinin
fikrincə, AK rəhbərini hakimiyyətdən uzaqlaşdırmaq və Avropa İttifaqını mümkün
qədər tez məhv etmək lazımdır.

“Avropa İttifaqı dünyada ən çox korrupsiyaya uğrayan maşındır”, – deyə o
fikrini tamamlayıb.

Beləliklə, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq kampaniyasında əsas
rollardan birini oynayan Avropa Komissiyasının rəhbərinin özünün başı
dərddədir. İttiham da kifayət qədər ciddidir. Özü də bu, Ursula fon der Lyayenə
qarşı səslənən ilk ittiham deyil.

Bundan əvvəl onun koronavirus peyvəndi alınması zamanı qanun pozuntularına yol
verdiyi bildirilmişdi. Bu barədə “Politico” Lyej (Belçika) prokurorluğunun
nümayəndəsinə istinadən məlumat yaymışdı. Nəşrin məlumatına görə, Aİ
prokurorları fon der Lyayenlə bağlı araşdırmalara bir neçə ay əvvəl başlayıb.
Söhbət AK rəhbəri ilə əczaçılıq şirkətinin baş direktoru Albert Bour arasında
“Pfizer” vaksinlərinin alınması ilə bağlı danışıqlardan gedir. Sənədlərə
əsasən, hüquq-mühafizə orqanları “dövlət funksiyalarına müdaxilə, SMS-lərin
silinməsi, korrupsiya və maraqların toqquşması” kimi sübutları yoxlayır.
“Politico” qeyd edir ki, Aİ prokurorları tərəfindən fon der Lyayenə hələ də
rəsmi ittiham irəli sürülməyib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Macarıstan da işə qoşularaq AK
rəhbərinin vaksin danışıqlarındakı rolu ilə bağlı şikayət verib. Macarıstanın
xarici işlər naziri Peter Siyarto Aİ təsisatlarının acizlik və zəiflik nümayiş
etdirdiyini, ittifaqın rəqabət qabiliyyətinin zədələndiyini bildirib. Məqalədə
qeyd edilir ki, Polşa ötən il də analoji şikayətlə müraciət edib, lakin Baş
nazir Donald Tusk hökuməti hakimiyyətə gəldikdən sonra şikayəti geri götürüb.

Bundan əlavə, 2023-cü ilin fevralında ABŞ-nin “New York Times” qəzeti Avropa
Komissiyasının sədri ilə “Pfizer” şirkətinin baş direktoru arasında COVID-19
vaksinlərinin alınması ilə bağlı yazışmaları dərc etməkdən imtina etdiyinə görə
quruma qarşı iddia qaldırıb.

Əksər qərbli müşahidəçilər hesab edirlər ki, AK-yə rəhbərlik müddətində Ursula
fon der Lyayen vəzifələrini yerinə yetirə bilmədi. Əksinə, o, özünü sadə
insanların taleyinə əhəmiyyət verməyən biganə Avropa bürokratı kimi göstərdi.

“Bild” qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, Avropa
Komissiyasının rəhbəri ikinci müddətə namizəd olmaq niyyətini elan etməyi
planlaşdırır. 2019-cu ildən AK prezidentinin vəzifəsini icra edir və onun
səlahiyyətləri bu il başa çatır.

Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, bundan əvvəl aralarında Avropa
Parlamentinin sədr müavini Yeva Kaylinin də olduğu dörd nəfər həbs edilib.
KİV-in məlumatına görə, istintaqa cəlb edilən bütün müttəhimlər rüşvət almaqda
ittiham olunublar.

Avropalı parlamentarilərə külli miqdarda rüşvət verən erməniəsilli digər
oliqarx Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes Qarabağın işğalı
dövründə orada bank sektoru, kənd təsərrüfatı, mədənçilik kimi müxtəlif
sahələrdə tamamilə qeyri-qanuni ticarət fəaliyyəti həyata keçirib, Azərbaycanın
sərvətlərini talamaqla öz biznes imperiyasını genişləndirib. Ermənistanın
Marseldəki keçmiş baş konsulu Vartan Sirmakes qazandığı pullar hesabına Avropa
Parlamentinin deputatlarına rüşvət və bahalı hədiyyələr paylamaqla həm
Ermənistanın, həm də şəxsi merkantil və biznes maraqlarını qorumaq üçün dəstək
qazanmağa çalışıb.

Ümumilikdə, Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın
deputatın adı hallanıb. Müşahidəçilər də bildirirlər ki, əgər Avropa
Parlamentində bu səviyyədə korrupsiya mexanizmi yaradılıbsa, yerli
parlamentlərdə də vəziyyətin eyni olduğu şübhəsizdir. Azərbaycan əleyhinə
fəaliyyət göstərən Avropa Parlamentinin deputatlarının əksəriyyətinin Fransadan
olması da təsadüf deyil.

Bütün bunlar onu deməyə əsas verir ki, iyun seçkiləri ərəfəsində korrupsiya
qalmaqalları davam edəcək. Ortaya yeni-yeni faktların çıxacağı da istisna
edilmir.

“Report” İnformasiya Agentliyi

Source link