Kosmetoloq: Səbinə kimi, məni də yox etməyə çalışırlar – FOTO + VİDEO

Kosmetoloq: Səbinə kimi, məni də yox etməyə çalışırlar – FOTO + VİDEO

Baxış sayı: 2. 304 dəfə baxılıb.

Son günlər adı qalmaqallarda hallanan tanınmış kosmetoloq Elnarə Rzayeva ÇıxışYolu.Com-a müsahibə verib. 

“Dr. Elnarə Rzayeva adlı mərkəz”in rəhbəri yeni şəxsi klinikasını açandan sonra süni qalmaqalların əlindən yaxa qurtara bilmir. Səbəblər barədə kosmetoloq özü açıqlama verib:

– Başlayaq özünüzün özünüzə rəy yazma məsələsindən. Həqiqətənmi, Elnarə xanım paylaşdığı şəkildə özünə tərif yazıb?

– Yazmamışdım, amma o gündən sonra hər şəklimin altına şərh yazıb, özüm özümü tərifləyirəm. Yaxşı da edirəm. Allahıma min şükür, şikəst deyiləm, çirkin deyiləm, çox şükür edirəm, Allah məni belə yaradıb. Niyə də özümdən narazı olum?!

– Sualımıza cavab alaq…

– Səhifəmi üç xanım işlədir, illərdir yanımda olan insanlardır. Sadəcə, o xanımlardan birinin anasını sağaltmışam. O da hər dəfə mənə təşəkkür edirdi. Bu dəfə çaşıb mənim səhifəmdən mənə təşəkkür yazıb. Mən də dedim, nə olacaq ki?! Olsun. Heç onu danlamadım da… 

İnsandır səhv edib, öldürməyəcəyəm ki?! Düşünməzdim, bir şərh bu böyüklükdə ajiotaj yaradar. Son zamanlar rəqiblərim yenə anti-reklamımı güclü aparırlar. Bu da mənə müsbət təsir göstərir, həm müştəri sayım, həm də “Instagram”dakı səhifəmin izləyiciləri artır. Ona görə heyfsilənmirəm və sadəcə, gülürəm. Həqiqətən, mən güclü qadınam. 

– Kimdir bu anti-reklamı yayanlar? 

– Estetik sahədə ən çox uğur əldə edən, yenilik gətirən mənəm. Süni geli heç kəs mənim kimi əməliyyatsız yox edə bilmir. Gözləri götürmür, özləri milləti pis günə qoyur, elə bilirlər, Elnarə də elədir.

Mənim hər işim yenilikdir və onlara göz dağıdır. Yeganə kosmetoloqam ki, Türkiyənin məşhur TV kanalları məni “Instagram” vasitəsilə tapdılar, sonra əlaqə yaratdılar, sonda isə orada ən məşhur proqramların qonağı oldum. 

– Hansı verilişlərdə qonaq oldunuz?

– “Show” TV və ATV kanallarına müsahibə verdim. Tv8-də, “Beyaz” TV-də yayımlanan “İyi ki varsın” adlı səhər verilişində qonaq oldum. Türkiyədə estetik klinikama görə mükafata layiq görüldüm.

Həkim olaraq yüksək səviyyədə mükafatlandırıldım. Sürpriz oldu. Bir məlumatı da nəzərinizə çatdırım ki, mərkəzimin Moskvada və Türkiyədə filialları açılır. 

– Elnarə xanım, bəzən tanınmış istedadlı xanımların qarşısını kəsmək, onların uğuruna kölgə salmaq üçün alternativ yollara əl atmaq istəyənlər olur. Sizə də belə ləkə yaxıb, gözdən salmaq istəyənlər çoxdurmu?

– Bəli, çoxdur. Həmişə mənə bu sual veriləndə ginekoloq Səbinə Mirzeyeva ağlıma gəlir. Sonda onun da axırına çıxdılar. Çalışırlar ki, məni də onun kimi yox etsinlər. Səbinənin qəfil ölməyinə inanmıram, məncə, onun ölümündə kimlərinsə əli var.

Şəxsi fikrimdir, dəqiq heç nə bilmirəm. Amma rəqiblərim sevinməsin, ölməyə hazırlaşmıram, belə anti-reklamlar məni daha da güclü edir. 

Dr. Elnarə Rzayeva adlı mərkəz 
Ünvan: Səməd Vurğun 92
Əlaqə: Mob; 0557766040 ev; 0125976040 İnstagram; @dr.elnara_rzayeva

www.ÇıxışYolu.Com