Kosmosda müəmmalı işartılar qeydə alınıb

Kosmosda müəmmalı işartılar qeydə alınıb

Baxış sayı: 3. 169 dəfə baxılıb.

Sauthempton universitetinin astronomları kosmosda mənşəyi məlum olmayan 72 bəyaz və qısamüddətli işartı qeydə alıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Phys.org”da dərc olunan pres-relizdə deyilir.

Alimlər sözü gedən optik tranziyentləri (bəyazlığını dəyişən obyektlər) kainatın uzaq fəzalarını tədqiq etmək məqsədi daşıyan “Dark Energy Survey Supernova Programme” layihəsi çərçivəsində aparılan müşahidələr zamanı aşkarlayıb.

Müşahidələr Çilinin Serro-Tololo rəsədxanasının teleskopu vasitəsilə aparılıb.

İşartıları bəyazlıq səviyyəsinə görə müxtəlif ulduz partlayışlarına bənzəsə də, sonuncudan fərqli olaraq daha qısa müddətli olub.

Onların temperaturu 10-30 min dərəcəyə çatır, diametri isə Günəşlə Yer arasında olan məsafədən 100 dəfə çoxdur. Tranziyentlərin genişlənmə və soyuma özəllikləri fövqəlyeni ulduzların meydana gəlməsi zamanı müşahidə olunan mənzərəni xatırladır.

Tədqiqatçıların fərziyyəsinə görə, bu müəmmalı işartıların meydana gəlməsi fövqəlyeni ulduzun meydana gəldiyi ərəfədə ətrafa səpələnən materiya ilə əlaqədar ola bilər.

Bu zaman qaynar buluda çevrilən materiya fövqəlyeni ulduzun bir növ qabağını kəsir və astronomlar partlayışın özünü görə bilmir.

.
www.ÇıxışYolu.Com