Kosovo millisi Bakıya gətirəcək heyətini açıqladı

Baxış sayı: 2. 830 dəfə baxılıb.

Kosovo millisi Bakıya gətirəcək heyətini açıqladı

Kosovo millisinin Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan, 10-da Farer adaları ilə oyunlar üçün heyəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, isveçrəli baş məşqçi Bernar Şalan 24 futbolçuya dəvət göndərib. Bunlardan 23-ü ölkə xaricində çıxış edir. İtaliyanın “Latsio” klubunun yeni transferi, İsveç doğumlu Valon Berişa isə zədəsi olduğu üçün bu oyunlara çağırılmayıb.

Qapıçılar: Samir Uykani (“Çaykur Rizəspor”, Türkiyə), Visar Bekay (“Priştina”), Faton Maloku (“Kukesi”, Albaniya);

Müdafiəçilər: Amir Rahmani (“Dinamo”, Xorvatiya), Leart Paçarada (“Zandhauzen”, Almaniya), Merqim Voyvoda (“Muskron”, Belçika), Fidan Aliti (“Skenderbeu”, Albaniya), Yetmir Krasniçi (“Luqano”, İsveçrə), Ardian İsmayli (“Xayduk”, Xorvatiya), Kastriot Dermaku (“Kosentsa”, İtaliya), Arbenit Cemayli (“Nöşatel Ksamaks”, İsveçrə);

Yarımmüdafiəçilər: Milot Raşitsa (“Verder”, Almaniya), Bernard Berişa (“Axmat”, Rusiya), Hekuran Kryeziu, Benyamin Kololi (hər ikisi “Sürix”, İsveçrə), Bersant Selina (“Suonsi”, İngiltərə/Uels), Arber Zeneli (“Heerenveen”, Hollandiya), Herolind Şala (“Start”, Norveç), Edon Jeqrova (“Qenk”, Belçika), İdriz Votsa (“Lutsern”, İsveçrə);

Hücumçular: Vedat Muriçi (“Çaykur Rizəspor”, Türkiyə), Atze Nuhiu (“Şefild Uenzdi”, İngiltərə), Elba Raşani (“Od”, Norveç), Donis Avdiyay (“Villem II”, Hollandiya).

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com