2ea32941-a970-4421-958b-e87efd4d3a0e.jpg

Kot-d’İvuarlı nazir: “COP29-un ev sahibi fəal şəkildə bütün maraqlı tərəflərlə əməkdaşlıq edir”

Baxış sayı: 220 dəfə baxılıb.

“COP29-un ev sahibi Azərbaycan fəal şəkildə bütün maraqlı tərəfləri dinləyir
və onlarla əməkdaşlıq edir”.

Bunu Kot-d’İvuarın xarici İşlər naziri Kacu Huadja Leon Adom “Report”un ABŞ
bürosuna açıqlamasında deyib.

Nazir əlavə edib ki, o, COP Azərbaycan komandasının fəaliyyətini yaxından
izləyir:

“Onlar iqlim dəyişikliklərinin fəsadları ilə mübarizə aparan ölkələrlə
görüşlər keçirir, bütün tərəflərlə əlaqə qurur. Bu, vacib məsələdir, çünki
uğurlu nəticələr əldə etmək üçün biz birlikdə hərəkət etməliyik. Biz
ölkəmizdəki iqlim problemləri ilə bağlı Azərbaycan hökumətini
məlumatlandırmışıq. COP29-a çox az vaxt qalıb və inanırıq ki, Bakıda müsbət
irəliləyiş əldə edəcəyik”.

XİN rəhbəri COP29 çərçivəsində ilk dəfə Azərbaycanı ziyarət edəcəyini də
bildirib.

Source link