Nadir fotoaparatların alveri ilə məşğul olan Kanadanın “Hit Camera” şirkəti soyuq müharibə illərində istifadə olunmuş miniatür kameralı üzüyü satışa çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Tənzimlənən diafraqması olan kiçik kamera səkkiz millimetrlik fotoplyonka ilə çəkir və 14 karat qızıldan hazırlanmış üzüyün başlıq hissəsində qərarlaşıb.
Satıcının sözlərinə görə, gizli kamerası olan üzüyü 1970-ci illərdə Sovet İttifaqının casusu istifadə edib. Onun öncəki yapon əsilli sahibi üzüyü 1991-ci ildə “Kristiz” hərrac evindən əldə edib.
Yapon sonradan üzüyü 25 min dollara hazırkı sahibinə satıb.