d3768116-d690-4de0-8e04-4b4b6e4bedbb..jpg

Kral Kuboku: Azlıqda qalan “Əl-Hilal” finala çıxdı

Baxış sayı: 447 dəfə baxılıb.

Kral Kuboku: Azlıqda qalan “Əl-Hilal” finala çıxdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında “Əl-İttihad” (Ciddə)
“Əl-Hilal”la (Ər-Riyad) üz-üzə gəlib.

Cixisyolu.com xəbər verir ki, Ciddədə baş tutab qarşılaşma paytaxt klubunun
qələbəsilə başa çatıb – 1:2.

Matçda ilk qolu da elə “Əl-Hilal” vurub, Mişael fərqlənib. Lakin 42-ci
dəqiqədə Milinkoviç-Saviçin birbaşa qırmızı vərəqə alması ilə komanda azlıqda
qalıb.

67-ci dəqiqədə Hamdallah hesabı bərabərləşdirsə də, 81-ci dəqiqədə Əbdülhəmid
komandasını finala çıxaran qolu vurub.

Beləliklə də, “Əl-Hilal” finalda “Ən-Nəsr” – “Əl-Halic” cütünün qalibi ilə
yarışacaq.

Source link