47cd09fa-788f-4f7c-bffb-cbc52a2228bc..jpg

Kral Kuboku: Ronaldunun dublu “Ən-Nəsr”i finala çıxardı – VİDEO

Baxış sayı: 1. 169 dəfə baxılıb.

Kral Kuboku: Ronaldunun dublu “Ən-Nəsr”i finala çıxardı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Kral Kubokunun ikinci yarımfinalında “Ən-Nəsr”
“Əl-Halic”lə üz-üzə gəlib.

Cixisyolu.com xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşma ev sahiblərinin
qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 17-ci dəqiqədə “Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu vurub.
37-ci dəqiqədə onun komanda yoldaşı Sadio Mane penaltidən fərqlənərək hesabı
artırıb. 57-ci dəqiqədə isə Ronaldu dubl edib.

Oyunun sonlarına yaxın (82) “Əl-Halic” vurulan qollardan birinin əvəzini çıxsa
da, bu, nəticəyə təsir etməyib – 3:1.

Beləliklə də, “Ən-Nəsr” finalda ötən gün “Əl-İttihad”ı mübarizədən
kənarlaşdıran “Əl-Hilal”la yarışacaq.

Source link