8a912931-71ae-4244-9ae8-89207951a95c..jpg

Krasnodarda Ani Lorakın konserti ləğv edildi

Baxış sayı: 841 dəfə baxılıb.

Krasnodarda Ani Lorakın konserti ləğv edildi

Rusiyanın Krasnodar şəhər meri Yevgeni Naumov şəhər sakinlərinin ukraynalı
müğənni Ani Lorakın aprelin 27-də baş tutmalı olan konsertinin ləğv edilməsinin
zəruriliyi ilə bağlı fikrini dəstəkləyib.

Bu barədə şəhər administrasiyasının saytında məlumat verilib.

Qərar müğənninin Rusiya-Ukraynada müharibəsinə münasibəti ilə bağlı qəbul
edilib.

Naumovun sözlərinə görə, konsertdən gələn vəsaitin Ukrayna Silahlı
Qüvvələrinin dəstəklənməsinə sərf olunmayacağına zəmanət vermək olmaz.

Müğənni bundan əvvəl vətənini necə sevməyi və dəstəkləməyi ona heç kimin diktə
etməyə haqqı olmadığını deyib.

“Mən sülhə, razılığa töhfəmi, Ukrayna vətəndaşlarına dəstəyi kameralardan
kənarda, lazımlı və layiqli hesab etdiyim şəkildə verirəm. Hamıdan mənimlə
razılaşmağı xahiş etmirəm, amma sizdən mənim fikrimə hörmət etməyinizi xahiş
edirəm”, – deyə Ani Lorak bildirib.

Source link