“Kredit büroları haqqında” qanuna dəyişiklik edildi

“Kredit büroları haqqında” qanuna dəyişiklik edildi

Baxış sayı: 2. 202 dəfə baxılıb.

Milli Məclisin (MM) aprelin 3-də keçirilən növbəti plenar iclasında “Kredit büroları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

ÇıxışYolu.Com xəbər verir ki, kredit təşkilatlarının borcalanları barədə mərkəzləşdirilmiş kredit reyestrində olan bütün məlumatlar “Kredit büroları haqqında” qanunun qüvvəyə mindiyi gündən üç il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək.

Layihəyə əsasən, qanunun qüvvəyə minməsindən üç il keçəndən sonra kredit bürolarına mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılacaq.

Məlumat istifadəçilərinə də 2018-ci il aprelin 1-dən mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılır.

Layihəyə əsasən, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.

Layihə səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com