f98d6988-1ffe-4896-a4a7-e9d556e89633..jpg

Kredit faizləri daha da artacaq? – MÜHÜM AÇIQLAMA

Baxış sayı: 641 dəfə baxılıb.

Kredit faizləri daha da artacaq? – MÜHÜM AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı
ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün
depozit faizlərinin artırılması nəzərdə tutulur. Bu addımın kreditlərin
bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb
olacağı bildirilir.

Bəs kredit faizləri arta bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad
İbrahimovun sözlərinə görə, kredit faizlərinin artmasına bir neçə amil təsir
edə bilər.

İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol
oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspertin fikrincə, inflyasiyaya
qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:

“Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər.
Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan
hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar
özləri üçün əsas götürməlidirlər”.

Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün
müxtəlif təkliflər irəli sürürlər:

“Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət
belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı
vəsaitləri “yastığın altında”, ya da bankda saxlayırlar. Bank isə müxtəlif
yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu
faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də
atmasına səbəb olur”.

Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən
optimal idarəetmə üsulu kimi dəyərləndirib:

“Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün
ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları
da mövcuddur. Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət
aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər
azdır və aşağı faizlərlə kredit verə bilərlər.

Bu baxımdan da sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə yayılan
məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan
verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın. Ona
görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər”.

Source link