af3410d1-085d-4d36-9794-ab5a17bd7828..jpg

Kredit faizləri niyə yüksəkdir? – AÇIQLAMA + VİDEO

Baxış sayı: 746 dəfə baxılıb.

Kredit faizləri niyə yüksəkdir? – AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta
faizi 3,55 olub.

Manatla olan əmanətlərin orta faiz dərəcəsi 4,89, xarici valyutada 1,07 faiz
təşkil edib.

Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul
edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79
faizlə veriblər.

Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?

Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit
faizlərinin dərəcəsi ilə əlaqələndirib.

Deputat deyir ki, faizlərin yüksək olması kreditlərin qaytarılmasında
problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.

Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit
risklərinin yüksək olmasıdır.

Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər azalmalı, bazara
daha ucuz vəsaitlər daxil olmalıdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link