Kredit Zəmanət Fondu “Kredit reytinqi modeli” yaradır

Kredit Zəmanət Fondu “Kredit reytinqi modeli” yaradır

Baxış sayı: 4. 898 dəfə baxılıb.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edib.

ÇıxışYolu.Com xəbər verir ki, tender aprelin 17-də Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20% həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 250 manat məbləğində müəyyən edilib.

Xidmətin icra müddəti “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq üç ay müddətində başa çatdırılmalı və Fonda təqdim edilməlidir.

.
www.ÇıxışYolu.Com