816ded6d-dd47-4d47-a736-4150f1aee7d4..jpg

Kremldən ABŞ-nin Ukraynaya yardımına REAKSİYA

Baxış sayı: 471 dəfə baxılıb.

Kremldən ABŞ-nin Ukraynaya yardımına REAKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Nümayəndələr Palatasının Ukraynaya yardım göstərmək qərarı Birləşmiş
Ştatları zənginləşdirəcək, Ukraynanı isə əksinə yoxsullaşdıracaq”.

Bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

O bildirib ki, Vaşinqtonun Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və
proqnozlaşdırılırdı.

“Bu qərar daha çox ukraynalının ölümünə səbəb olacaq” – D.Peskov deyib.

O əlavə edib ki, ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab
verəcək.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl ABŞ Nümayəndələr Palatası Ukraynaya 61
milyard dollara yaxın yardım haqqında qanun qəbul edib.

Mənbə: TASS

Source link