d65b33ef-e005-4f29-a2a9-1dc584eb0d05..jpg

Kremldən Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılması ilə bağlı açıqlama

Baxış sayı: 500 dəfə baxılıb.

Kremldən Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılması ilə bağlı
açıqlama
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda əksər bankların Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırmaq
qərarının verilməsinə ABŞ-nin görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb
olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, bildirib ki, Rusiya və Ermənistan ABŞ-nin bu misli görünməmiş təzyiqinin
vurduğu zərəri müzakirə və kompensasiya etməyə davam edəcək.

Qeyd edək ki, martın 19-da “Mir” ödəniş
sisteminin operatoru olan Milli Ödəniş Kartı Sistemimartın 30-dan
etibarən ArCa (“Armenian Card”) üzvü olan
bankların “Mir” kartlarına xidmət göstərməyi dayandıracağı barədə Ermənistan
ödəniş sistemindən rəsmi bildiriş alıb.

Mənbə: Gazeta.ru

Source link