Kremlin Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası

Baxış sayı: 3. 771 dəfə baxılıb.

Kremlin Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası

Rusiya prezidenti Vladimir Putində olan məlumata görə, Londonun Skripalları zəhərləməkdə şübhəli bildiyi Ruslan Boşirov mülki şəxsdir. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Bildiyimə görə, bu, qeyri-rəsmi araşdırmadır. Biz onun nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik”. 

R. Boşirovun (Anatoli Çepiqa) Rusiya qəhrəmanı olub-olmadığına gəldikdə isə D. Peskov bu barədə məlumatsız olduğunu bildirib. 

Oxu: Skripalları zəhərləyən şəxsin əsl adı məlum oldu

“Çox adam bir-birinə oxşaya bilər. Lakin araşdırmada qeyd olunan vətəndaşın kim olduğunu bilmirəm”, – deyə o vurğulayıb.

Briytaniyanın Bellingcat təşkilatı araşdırma aparıb və belə nəticəyə gəlib ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanı Britaniyanın Solsberi şəhərində zəhərləməkdə ittiham olunan Ruslan Boşirovun əsl adı Anatoli Çepiqadır. O, Rusiya hərbi kəşfiyyatının polkovnikidir. 

www.ÇıxışYolu.Com