25a818e9-5132-43d3-8e1e-6852005052ef..jpg

Krımda qasırğa nəticəsində muzeyi su basdı: Yüzlərlə heyvan tələf oldu – FOTO/VİDEO

Baxış sayı: 505 dəfə baxılıb.

Krımda qasırğa nəticəsində muzeyi su basdı: Yüzlərlə heyvan tələf oldu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Krımda Belbek çayının daşması nəticəsində yaşayış binalarını su basıb.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakətdən zərər çəkən şəhər sakinləri pansionatda
yerləşdiriləcəklər.

Həmçinin Xerson mayakı yaxınlığındakı hərbi şəhərcikdə də təxliyə prosesi
həyata keçirilir.

Mixail Razvojayev bildirib ki, suyun altında yüksək gərginlikli naqillərin
olması səbəbindən xilasedicilərin dərhal bu əraziyə çatmaları mümkün olmayıb.

Eyni zamanda Sevastopolda pis hava şəraiti akvarium muzeyindəki 800-ə yaxın
canlının məhv olmasına səbəb olub. Muzey direktoru Yuri Kravsovun sözlərinə
görə, ekzotik heyvanların olduğu zalı su basıb.

“9 akvariumda yaşayan 800-ə yaxın heyvanın hamısı ölüb. Avadanlıqlar, nasoslar
və ventilyasiya sistemi sıradan çıxıb. Binaya böyük ziyan dəyib”, – deyə
direktoru bildirib.

Qeyd edək ki, Krımda hava şəraiti ilə əlaqədar 27 noyabr günü qeyri-iş günü
elan edilib.

10:38

Krımda ötən gecə baş verən güclü qasırğa nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bu barədə Sevastopol (Krım yarımadasında şəhər) qubernatoru Mixail Razvojayev
məlumat verib.

Qubernatorun sözlərinə görə, fırtınanın pik nöqtəsi hələ qabaqdadır – istismar
və kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.

Sevastopolda park edilmiş avtomobillərin üzərinə divar uçub. Ümumilikdə pis
hava şəraiti üç binanın fasadına, 20 evin dam örtüyünə, 17 avtomobilə ziyan
vurub, 63 ağac aşıb.

Su basması səbəbindən Aluşta-Sudak-Feodosiya avtomobil yolunda Morskoye
kəndinin girişində nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin qasırğa zamanı 50 yaşlı Krım sakininin itkin düşdüyü ilə bağlı
məlumatlar var. Mənbələrin bildirdiyinə görə, o, böyük dalğalara baxmaq üçün
Morskoye kəndindəki Rusiç bazarına doğru gedib və yoxa çıxıb. İtkin düşmüş
şəxsin yaxınlarının hadisə ilə bağlı artıq Rusiya Fövqəladə Hallar Nazirliyinin
əməkdaşlarına məlumat verdikləri deyilir. Lakin nazirliyin rəsmi məlumatlarında
hələ itkin düşənlər barədə məlumat təqdim edilməyib.

Mənbə: “Mash” “Telegram”, NEWS.ru


Source link