274d0072-d995-423c-9685-fba5bf4644e8..jpg

Krımdakı aerodrom raket zərbəsindən sonra – FOTO/VİDEO

Baxış sayı: 975 dəfə baxılıb.

Krımdakı aerodrom raket zərbəsindən sonra – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Silahlı Qüvvələri tərəfindən raket hücumundan sonra Sevastopolun
(Krım) Belbek aerodromunun peykdən çəkilmiş görüntüləri yayılıb. Kadrlarda məhv
edilmiş “S-400” zenit-raket kompleksinin radiolokasiya sistemi də əks olunub.

Məlumata görə, mayın 14-dən 15-nə keçən gecə həyata keçirilən hücum
nəticəsində iki “MiQ-31” qırıcı təyyarəsi məhv edilib, yanacaq-sürtkü
materialları anbarı da yanıb. Bundan başqa, 11 rusiyalı hərbçi yaralanıb. Həmin
gün səhərə yaxın raketlə Vişnyovoye kəndi ərazisində “S-400 Triumf” hava
hücumundan müdafiə sistemi vurulub. Hücumdan sonra HHM raket sistemi alovlanıb.
İki hərbçi həlak olub, ikisi isə yaralanıb. Mayın 16-na keçən gecə aerodromun
yanacaqdoldurma məntəqəsinə hücum həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti öz növbəsində məlumat yayıb ki,
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və pilotsuz katerlərdən
istifadə etməklə bir sıra hücumlarının qarşısını alıb. Belə ki, növbətçi HHM
sistemləri Krım yarımadası ərazisi üzərində 51, Krasnodar diyarında 44,
Belqorod vilayəti ərazisində altı və Kursk vilayəti ərazisi üzərində bir PUA
məhv edib və ələ keçirib. Həmçinin, ötən gecə Qara dəniz donanmasının dəniz
aviasiyası və patrul katerləri Qara dənizdə altı pilotsuz kateri məhv edib.

Mənbə: “Astra” “Telegram” kanalı


Source link