Krımın keçmiş prezidenti Yuri Meşkov Türkiyədə istirahət edərkən xəstəxanalıq olub.
“RİA Novosti” xəbər verir ki, o xanımı ilə birlikdə qardaş ölkədə olarkən insult keçirib.
Bu barədə məlumat paylaşan Krım parlamentinin keçmiş deputatı Vadim Mordaşev bildirib ki, hazırda Meşkovu süni komaya salıblar. Müalicə külli miqdarda vəsait tələb etdiyi üçün Rusiya konsulunun gəlməsi gözlənilir.
Hələlik eks-prezidentin hansı xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, 73 yaşlı Yuri Meşkov 1994-cü ildə Krımın seçki ilə seçilmiş ilk prezidenti olub. O, bu vəzifədə 1995-ci ilə, bu ərazinin Ukraynaya birləşdirilməsinə qədər qalıb. Daha sonra Ali Radanın qərarı ilə müstəqilliyi ləğv edilib muxtariyyət alan ölkəni tərk edən Meşkov Moskvaya köçmüşdü.