c7e1f739-6544-4f9f-9d9c-8ac898de56f2..jpg

Kriminal aləmdə tanınmış şəxsi öldürməyə cəhddə təqsirləndirilənlər hakim qarşısına çıxarılıblar

Baxış sayı: 482 dəfə baxılıb.

Kriminal aləmdə tanınmış şəxsi öldürməyə cəhddə təqsirləndirilənlər hakim
qarşısına çıxarılıblar

Bakıda “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə
təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report”un məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məlum olub ki, təqsirləndirilən şəxslər ittiham aktı ilə tanış
olublar.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin məhkəmə istintaqı
dövründə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra qərar açıqlanıb. Məhkəmənin
qərarı ilə təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı
vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib.

Xatırladaq ki, hadisə martın 10-da saat 15 radələrində paytaxtın Nəsimi
rayonunun Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir
qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu
öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş
açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan
Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı
şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli
bilinən Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov saxlanılıb.

Source link