Türkiyədə kriminal avtoritetlər arasında baş vermiş davanın videosu yayılıb.
ÇıxışYolu.Com-ın “Praym Kraym”a istinadən verdiyi məlumata görə, müşahidə kamerasından çəkilən kadrlardan görünür ki, “qanuni oğrular” – Mindiya Qoradze (Lavasoğlu) və Ceyran Kinsuraşvili yaxınları ilə birlikdə söhbət aparırlar.
Bundan sonra dava baş verir.
Hadisənin avqustun 12-də Türkiyənin Hopa şəhərində baş verdiyi bildirilir.