59078568-520e-493e-9878-d34e7496de58..jpg

Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt – VİDEO

Baxış sayı: 834 dəfə baxılıb.

Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt – VİDEO

“İstənilən şəxs ilkin kapital 10-20 dollarla kriptovalyuta sektoruna başlaya
bilər”.

Bu sözləri Baku TV-yə açıqlamasında maliyyə üzrə ekspert Elnur Quliyev deyib.

Onun sözlərinə görə, yüksək gəlirli kriptovalyuta sektorunda biznes
fəaliyyətinə başlamaq üçün iki mühüm şərtə əməl etmək lazımdır:

“Bu işə başlamaq üçün ilk növbədə gmail və ilkin kapital lazımdır. Adi
məktəbli belə gmail vasitəsilə birjada qeydiyyatdan keçməklə alqı-satqıya
başlaya bilər”.

Ekspert bildirib ki, kriptovalyutanın alqısı və nağdlaşdırılması prosesi 3
əsas formada həyata keçirilir:

“Bunlardan ən sərfəlisi kriptovalyuta birjalarıdır, amma bunun üçün xüsusi
biliklər lazımdır. 2-ci mübadilə servisidir. Bu, daha rahat formadır, amma
orada yüksək komissiyalar var. 3-cü də kriptobankomatlardır. Ən rahat
üsullardan biridir, amma kriptobankomatlar hər ölkədə olmur. Qonşu Gürcüstanda,
Ukraynada var. Amma bizim ölkədə hələ yoxdur”.

Elnur Quliyevin sözlərinə görə, kriptovalyuta alan şəxs 3 əsas risklə
qarşılaşır. Bunlardan biri valatillikdir:

“Qiymətlər qalxan kimi kriptovalyutanı satmaq olmaz, həmçinin eyforiyaya
qapılıb təzədən bütün pulunuzu ora qoymaq da lazım deyil. 2-ci əsas risk hüquqi
riskdir. Kriptovalyuta alarkən bilməlisiniz ki, bunu istədiyiniz yerdə və
məbləğdə nağdlaşdıra bilmirsiniz. 3-cü risk sizin texniki biliklərinizlə
bağlıdır. Hesabınız kiberhücuma məruz qala bilər və yaxud siz parollarınızı
itirə bilərsiniz”.

Ekspert deyir ki, Azərbaycanda kriptovalyutaya maraq son 3 ildə xeyli artıb.
Kifayət qədər gənclər var ki, bu sahə ilə maraqlanır və investisiya yatırırlar.

Daha ətraflı süjetdə:


Source link