dbb73039-934c-43f0-aab4-56c34355b944..jpg

Kristen Stüart yenidən vampir roluna qayıdır – FOTO

Baxış sayı: 557 dəfə baxılıb.

Kristen Stüart yenidən vampir roluna qayıdır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twilight” filmində rolu ilə səs salan Kristen Stüart yenidən vampir rolunda
oynamaq üçün qayıdır.

Məlumata görə, ulduz rejissor Panos Kosmatosun “Flesh of the Gods” adlı vampir
trillerində baş rolda çəkiləcək.

Filmdəki hadisələr 1980-ci illərdə Los-Ancelesdə baş verir. Burada cütlük Raul
(Oskar Ayzek) və Aleks (Kristen Stüart) hər axşam dəbdəbəli mənzillərini tərk
edərək şəhərə əylənməyə gedirlər. Belə gecələrin birində onların yolları
“Adsız” kimi tanınan sirli biri ilə kəsişir. Bundan sonra məftunedici, sürreal
bir dünyada macəralar başlayır.

Qeyd edək ki, 2008-ci il istehsalı olan “Alatoran” filmində əsas hadisələr
tələbə Bella Svonla qrup yoldaşı Edvard Kallenin (vampir) romantik
münasibətlərindən, həmçinin vampir Kallenlər ailəsinin Bellanı ovçu
vampirlərdən qoruması ətrafında cərəyan edir.

Mənbə: IndieWire

Source link