d4ad9d8e-3857-4ba9-ac04-7868c05b3ecb..jpg

Kriştianu Ronaldu 2023-cü ildə ən çox qol vuran Erlinq Holanda çatıb

Baxış sayı: 467 dəfə baxılıb.

Kriştianu Ronaldu 2023-cü ildə ən çox qol vuran Erlinq Holanda çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu 2023-cü ildə 50-ci qolunu vurub.

Məlumata görə, 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4
final matçında “Əş-Şəbab”a qol vurub.

Beləliklə, Ronaldu klub və ölkə üçün hərəyə 49 qol vuran hücumçular Harri Keyn
və Kilian Mbappeni qabaqlayıb və hücumçu Erlinq Holanda (50 qol) çatıb.

Qeyd edək ki, “Ən-Nəsr” “Əş-Şəbab”ı 5:2 hesabı ilə məğlub edərək turnirin
yarımfinalına yüksəlib və daha əvvəl Abhaya qalib gəlmiş “Əl-Xalic”lə
qarşılaşacaq.

Xatırladaq ki, Ronaldu 2023-cü ilin yanvarından “Ən-Nəsr”də çıxış edir. Onun
klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldu “Ən-Nəsr”in heyətində
bütün turnirlərdə 22 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Source link