“Real Madrid”in ulduz futbolçusu Kriştianu Ronaldu qol sevinci zamanı köynəyini çıxarması ilə bağlı maraqlı açıqlamalar verib.
ÇıxışYolu.Com İspan mətbuatına istinadən xəbər verir ki, Ronaldu qadınların onun bədənini bəyəndiyini bildirib:
“Formamı çıxaranda qadınlar bədənimin yaxşı olduğunu deyirlər. Onlar köynəyimi çıxarmağımdan xoşhal olurlar. Hətta bacım Katia Aveiro ehtiraslı olduğumu deyir. Qol sevinci ilə köynəyimi çıxartmağımı o da çox sevir. Formamı çıxartmağımın özəl bir səbəbi yoxdur, qəfil baş verir”.