Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə
Ərəbistanının “Ən-Nəsr” klubunun Asiya Çempionlar Liqasında İran təmsilçisi
“İstiqlal”la oyununun yeri dəyişdiriləcək.
Cixisyolu.com xəbər verir ki, qarşılaşma Tehrandan Dubaya köçürüləcək. Buna
“Ən-Nəsr”in təhlükəsizliyə görə İranda oynamaqdan imtina etməsi səbəb olub.
Qarşılaşma oktyabrın 22-də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Hindistanın “Mohun Baqan” klubu Təbrizin “Traktor”
komandası ilə səfər matçına çıxmadığı üçün Çempionlar Liqasından
kənarlaşdırılmışdı.