Rusiyalı aparıcı və jurnalist Kseniya Sobçak rejisor Konstantin Boqomolov ilə sabahkı toy məclisinə israilli modelyer Galia Lahavın gəlinlik paltarında gedəcək.
“Mash” xəbər verir ki, modelyerin gəlinlik paltarları 7,5-15 min dollar civarındadır. Sobçak üçün bu paltarı əməkdaşlıq etdiyi Bosco şirkəti pulsuz təqdim edəcək.
Sobçak və Boqomolovun toy məclisi senyabrın 13-də Petrovski passaj ticarət mərkəzində keçiriləcək və azı 16 milyon rubla başa gələcək.
300 nəfərlik toy mərasimində Bondarçuk, Litvinova, Zemfira, Ernst və digər məşhurlar iştirak edəcək.