KSQT ekspertləri Suriyada kimyəvi hücumu araşdırmağa başlayıb

KSQT ekspertləri Suriyada kimyəvi hücumu araşdırmağa başlayıb

Baxış sayı: 2. 070 dəfə baxılıb.

Kimyəvi silahların qadağan edilməsi təşkilatının (KSQT) ekspert qrupu aprelin 7-də  kiməyi hücumun baş verdiyi iddia olunan Duma şəhərinə daxil olub.

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət telekanalı məlumat yayıb.

Ekspertlər kimyəvi silahdan istifadə olunub-olunmadığını, həmin maddənin mənşəyini müəyyən etmək üçün torpaqdan nümunələr götürəcək, kimyəvi hücumdan zərərçəkənləri və qurbanların qohumlarını dindirəcək.

Suriya hökuməti və rəsmi Moskva əslində heç bir kimyəvi hücumun baş vermədiyini və insidentlə bağlı yayılan kadrların təxribat məqsədilə hazırlanmış qurama çəkiliş olduğunu iddia edir.

Fransa hökuməti bildirib ki, böyük ehtimalla ekspertlər əraziyə çatana qədər kimyəvi qaz hücumu ilə bağlı bütün sübutlar təmizlənəcək.

Qeyd edək ki, Dəməşqin yaxınlığında yerləşən şəhər hazırda Suriya hökumət qüvvələrinin nəzarətindədir.

.
www.ÇıxışYolu.Com