Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Yerevan məhkəməsinin qərarı ilə zaminə buraxılıb.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.
Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.
Poqosyanın sözlərinə görə, Xaçaturov Ermənistanı tərk edə bilməz.
İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.