094eef9c-6b43-4753-8cd7-6fd469e31f4b..jpg

KTMT-nin hərbi kontingenti Qazaxıstanda fəaliyyətinin icrasına başladı

Baxış sayı: 2. 996 dəfə baxılıb.

KTMT-nin hərbi kontingenti Qazaxıstanda fəaliyyətinin icrasına başladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri
Qazaxıstana göndərilib.

Bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.

“Yanvarın 6-da qəbul edilmiş qərara uyğun olaraq, vəziyyəti sabitləşdirmək və
normal məcraya yönəlmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstan Respublikasına
göndərilib”, – məlumatda qeyd olunur.

Hərbi qurumun tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və
Qırğızıstanın silahlı qüvvələrinin bölmələri daxildir.

KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və
hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə
qaytarılmasında Qazaxıstan Respublikasının hüquq-mühafizə qüvvələrinə köməklik
göstərməkdir.

Rusiya Federasiyasından Kollektiv Sülhməramlı Qüvvələrinin tərkibinə Hava
Desant Qüvvələrinin bölmələri və hərbi hissələri daxil edilib.

Mənbə: KTMT-nin rəsmi saytı

Source link