Havananın Xose Marti beynəlxalq hava limanı yaxınlığında “Boeing 737” sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində 100-dən çox insan həlak olub.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, bu barədə Kuba dövlət xəbər agentliyi məlumat yayıb.
Xilasedicilər qəza yerindən ancaq üç sərnişini sağ çıxarıb. Onlardan biri xəstəxanada keçinib. Digər iki zərərçəkənin xəstəxananın reanimasiya şöbəsində ölümlə çarpışdığı bildirilir.
Təyyarə havaya qalxmazdan çox keçməmiş aeroport yaxınlığındakı açıq sahədə yerə çırpılıb. “Radio Havana Cuba” isə təyyarənin Boyeros – Havana avtomagistralına düşdüyünü bildirib.
Qeyd edək ki, “Cubana de Aviacion” dövlət hava yollarına aid təyyarənin göyərtəsində 104 sərnişin və doqquz ekipaj üzvü olub.
Qəzzanın səbəbləri araşdırılır.
22:44
Havanada baş vermiş təyyarə qəzasında üç sərnişin sağ qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Kuba KİV-də məlumat yayılıb.
Ölənlərin sayı barədə hələ ki, məlumat verilmir.
21:32
Kubanın paytaxtı Havanada təyyarə qəzası baş verib
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, “Boeing” 737” sərnişin təyyarəsi havaya qalxmazdan çox keçməmiş naməlum səbəbə yerə çırpılıb.
İtkilər barədə hələ ki, məlumat yoxdur.
Təyyarənin göyərtəsində 126-178- sərnişinin olduğu ehtimal edilir.
“Mirror” yerli mətbuata istinadən, laynerin göyərtəsində 107 sərnişinin olduğunu yazır.