Kubada yanacağın qiyməti beş dəfədən çox artacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kuba hökuməti yanacaq qıtlığı və dərinləşən iqtisadi böhranla mübarizə
çərçivəsində yanacağın qiymətini beş dəfə artırdığını elan edib.
Bu barədə ölkənin maliyyə naziri Vladimir Reqero məlumat verib.
Yeni qiymətlər fevralın birindən qüvvəyə minəcək.
“Benzinin litrinin qiyməti 30 Kuba pesosundan (1,25 dollar) 156 Kuba pesosuna
(6,51 dollar) yüksələcək”, – deyə o, bəyan edib.
Nazirin sözlərinə görə, hökumət ayda 500 kVt-dan artıq elektrik enerjisindən
istifadə edənlər üçün martın birindən elektrik enerjisinin qiymətini də 25 faiz
artırmağı planlaşdırır.
Qeyd edək ki, Kuba milli iqtisadiyyatının çətinlikləri, digər məsələlərlə
yanaşı, zərəri 1,3 trilyon dolları ötmüş ABŞ sanksiyaları ilə əlaqələndirilir.
Mənbə: octagon.media