44cb8642-48f9-4849-9dd5-e4dfb5c3bac5..jpg

Küçədə satılan qidalara “çin duzu” qatılır?

Baxış sayı: 663 dəfə baxılıb.

Küçədə satılan qidalara “çin duzu” qatılır?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havaların istiləşməsi ilə paytaxtın əksər yerlərində, yol kənarında küçə
ticarəti ilə məşğul olanların sayı gündən-günə daha da artır. Üstü açıq şəkildə
satılan bu qidalar qıraqdan göz oxşasa da, onları istehlak etmək bir qədər
təhlükəli sayılır.

Maraqlıdır, görəsən, yol kənarından, küçə ticarəti obyektlərindən satılan
ərzaq məhsulları həqiqətən zərərlidirmi?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a
açıqlamasında bildirib ki, bu gün bir çox qida məhsullarının küçədə və açıq
havada satılması zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmur.

Onun sözlərinə görə, təbii ki, bu qidalar fiziki çirklənməyə məruz qalır:

“Həmçinin havaların istiləşməsi ilə küçədə satılan qidalar temperatur
dəyişikliyinə məruz qalır. Nəticədə məhsulun tərkibində müəyyən dəyişikliklər
baş verir və bu da insan orqanizmi üçün çox zərərlidir. Mənşəyi bəlli olmayan
heyvan ətlərindən hazırlanan dönər, qutablar və digər qidalar açıq şəkildə uzun
müddət isti hava şəraitində çöldə qalır. Bu qidaların düzgün şəkildə
saxlanılmaması insan orqanizmində zəhərlənməyə səbəb olur. Mütləq şəkildə
qidaları mənşəyi bəlli olan və sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl
edən yerlərdən almaq lazımdır. Belə qidaları qəbul edən insanlarda əsasən
qarında şişlik, köp və ağrı yaranır. Əgər immun sistemi güclüdürsə, yenə də
maddələr mübadiləsinin sürəti aşağı düşür, bağırsaqların mikroflorası pozulur.
Keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidaları qəbul etdikdə həmçinin qusma,
ishal və qəbizlik müşahidə olunur”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu qidalara
daha çox 20-25 yaşına qədər insanlar üstünlük verirlər:

“Bu cür qidalar onlara daha çox zərər verir. Eyni zamanda küçədə satılan
qidalara el arasında “çin duzu” kimi tanınan sintetik mənşəli mononatrium
qlutamat maddə əlavə edilir. Bu maddə insanda asılılıq yaradır və ağızdakı
ənənəvi dad reseptorunu pozur. Bu kimi qidalar xüsusilə məktəb, universitet
yaxınlığında, yol kənarlarında satılır. Bu da qidaların fiziki çirklənməyə
məruz qaldığını sübut edir”.

Source link