Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? – Gəncədə zibilxanaya
çevrilən ərazi + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə şəhərinin Cavadxan qəsəbəsində böyük bir ərazi zibilliyə çevrilib.
Sakinlər deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar
daşınmadığı üçün vəziyyət bu həddə çatıb.
Onların sözlərinə görə, əraziyə tullantılar əsasən gecə saatlarında kənar
yerlərdən maşınla gətirilərək atılır. Sakinlər ərazidə bir neçə dəfə təmizlik
işləri aparılsa da, problemin uzun müddətdir ki, birdəfəlik həll olunmadığını
bildirirlər.
“Qəsəbə sakinləri yığışıb ərazini təmizlədik. Gecə yenə gəlib zibil tökürlər”,
– deyə sakin söyləyib.
Bundan əlavə, tullantıların ətrafına toplaşan sahibsiz itlər də sakinlərin
narahatlığına səbəb olur.
Məsələ ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat
Birliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazi şəxsi mülkiyyətdə
olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir. Qurumun həmin
əraziyə mütəmadi daxil olmaq və xidmət aparmaq hüququ yoxdur.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: