Yayılmış şayiələrin və sosial şəbəkələrdəki səhv xəbərlərin təsdiqi kimi, Təhsil Nazirliyinin rəsmi xəbərdarlığından sonra Bakı və Sumqayıt şəhərlərində valideynlər risk etməməyi qərara alaraq, səhər uşaqlarını məktəbə göndərməkdən imtina ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, şagirdlərin dərslərdə olmaması xüsusən ibtidai siniflərdə daha çox hiss olunub.
30-35 nəfər şagirdin oxuduğu siniflərdə bu gün dərsə 15-20 nəfər gəlib.
Sumqayıt şəhərinin məktəblərinin bir neçə siniflərində uşaqların gəlməməsi səbəbilə dərslər ləğv edilib.
Rəsmi məlumata əsasən, martın 3-dən 31-dək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü və təhlükəli şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Bakı şəhər Təhsil İdarəsi ÇıxışYolu.Com-ya paytaxt məktəblərində şagirdlərin davamiyyətinin aşağı olması faktını təsdiqləyib.
İdarənin məlumatında deyilir ki, martın 30-da paytaxt məktəblərinə şagirdlərin 75%-i dərsə gəlib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com