6de7ccde-4937-4b3f-ad5a-b946122ed85d..jpg

Külək güclənəcək, leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Baxış sayı: 553 dəfə baxılıb.

Külək güclənəcək, leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində cənub küləyinin
15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin
15-20 m/s, səhər arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30
m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən
verilən xəbərə görə, 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı
var.

Noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin
qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki,
Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə
qar yağacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir
25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Source link