Britaniyanın Droylsden şəhərində külək soyğunçunun başına oyun açıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hadisənin videosunu Böyük Mançester qraflığı yayıb.
Soyğunçuluq hadisəsi martın 17-də baş verib. İki nəfər turizm agentliyinin işçilərini hədələyərək pulları götürüb.
Hadisə yerindən qaçan zamanı soyğunçulardan biri oğurlanmış pulları şalvarında gizlədib. Lakin güclü külək nəticəsində əsginaslar küçəyə səpələnib. Cinayətkar pulları yığmayaraq hadisə yerindən qaçıb.
Hazırda polis şübhəli şəxslərin axtarışını davam etdirir.