Azərbaycanda oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli
hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bildirilib ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax,
Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay,
Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran,
Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Balakən, Qax, Oğuz, Qəbələ,
Şəki, Zaqatala, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı
xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.
Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında narıncı
xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin
sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Oktyabrın 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında isə narıncı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin
20.8-28.4 m/san olacağı gözlənilir.